Türkiyənin Sivas əyalətinin Şarkışla rayonunda yolların buz bağlaması səbəbindən ağır zəncirvari yol qəzası baş verib.
Pravda.az-ın xəbərinə görə, bu barədə məlumatı “Hürriyet” qəzeti yayıb.
İlkin məlumata əsasən, iki "TIR" markalı və bir sərnişin avtobusunun toqquşması nəticəsində 1 nəfər həyatını itirib, xeyli sayda yaralı var.
Türkiyədə ağır yol qəzası: ölən və çoxlu sayda yaralı var