Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Bu qayda dəyişdi

1 148
Paylaş:
Bu qayda dəyişdi

Təhsil Nazirliyinin Kollegiyası “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nda dəyişiklik edib.

Pravda.az-ın məlumatına görə, “Semestr” anlayışı yarımillə əvəz olunub, tələbənin sərbəst işi ləğv edilib. Tələbənin sərbəst işi ləğv olunduğundan cari qiymətləndirmə qaydası da dəyişib. Başqa sözlə, yüksək texniki peşə təhsili səviyyəsi üzrə cari qiymətləndirmə modul/fənn üzrə tələbənin yarımil müddətində fəaliyyətinin qiymətləndirilməsidir və özündə dərsə davamiyyəti, yarımil ərzində nəzəri və praktiki dərslərdə topladığı balları əks etdirəcək. Tələbə yarımil ərzində maksimum 10 bal davamiyyət (yarımil ərzində modul/fənnin tədris saatlarının hər buraxılan 10%-nə 1 bal çıxılacaq), maksimum 20 bal praktiki məşğələ və ya laboratoriya dərslərindəki nəticələrinə görə (eyni modul/fəndən həm praktiki məşğələ, həm laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər birinə 10 bal ayrılacaq) və maksimum 20 bal nəzəri dəsrlərdəki nəticələrinə görə əldə edə biləcək.

İstehsalat təcrübəsi üzrə balların yarısı tələbənin istehsalat təcrübəsi ərzində davamiyyəti və təlim nəticələri üzrə qiymətləndirilməsi, digər yarısı isə ixtisas (sınaq) istehsalat işlərinin qiymətləndirilməsi nəticələrinə görə formalaşacaq.

Yekun qiymətləndirmə proseduru da dəyişib.

Yüksək texniki peşə təhsili səviyyəsində tələbənin təhsil proqramını mənimsəmə səviyyəsini müəyyənləşdirmək üçün ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) hesablanacaq və yekun qiymətləndirmə ÜOMG əsasında müəyyən ediləcək. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş aralıq attestasiyalardan (modul/fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun qiymətləndirmədən keçmiş hesab olunacaq. ÜOMG yarımillər üzrə artan istiqamətdə hesablanacaq (birinci yarımil, ikinci yarımil, üçüncü yarımil və s.) və diploma əlavəyə daxil ediləcək. ÜOMG modul/fənlər üzrə toplanan balların həmin modul/fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdiriləcək.

Paylaş:

Ən son xəbərlər