BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Qeybulladan Oktay Gülalıyevlə bağlı AÇIQLAMA

Tibb elmləri doktoru, professor Adil Qeybulla Oktay Gülalıyevlə bağlı açıqlama yayıb.

 

Pravda.az-ın xəbərinə görə, A.Qeybulla bildirib ki, kəskin dövr hələ keçməyib.

 

“Oktay Gülalıyevi cərrahi əməliyyat etmiş həmkarım, neyrocərrah Bəhmən Yadigarovla danışdım. Sonra da həkimlərin icazəsi ilə Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsində Oktay bəyi ziyarət etdim. Kəskin dövr hələ keçməyib. Süni ventilyasiya şəraitindədir. Bununla yanaşı, vəziyyəti stabildir, geriləmə yoxdur, beyin travmasına bağlı komatoz durumdadır. Hemodinamik göstəriciləri stabildir, saturasiyası (toxumaların oksigen təminatı) normaldır” – A.Qeybulla qeyd edib.

 

Xatırladaq ki, O.Gülalıyevi bir neçə gün əvvəl piyada keçidində avtomobil vurub.

Tarix: 3 Noyabr 2019, 12:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin