Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

ABŞ-dan çağırış: Belarusu tərk edin

980
Paylaş:
ABŞ-dan çağırış:     Belarusu tərk edin

ABŞ hakimiyyəti Ukrayna ətrafında yaranmış vəziyyəti nəzərə alaraq vətəndaşlarına Belarusu və tanınmamış Dnestryanı ərazisini dərhal tərk etməyi tövsiyə edib.

Bu, Dövlət Departamentinin yaydığı bəyanatlarda yer alıb.

“Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməli və ölkəyə səfər etməkdən çəkinməlidirlər”,-deyə qeyd olunub.

Digər bir bəyanatda isə amerikalılara Moldovaya səfər etməmək tövsiyə olunur. Bundan əlavə, izah edilir ki, Dnestryanıdakı ABŞ vətəndaşları dərhal bu ərazini tərk etməlidirlər.

Bütün bu bəyanatlara səbəb Rusiyanın Ukrayna ətrafındakı hərbi fəaliyyətidir.

Paylaş:

Ən son xəbərlər