Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

MSK Afət Həsənovanın seçki dairəsindən daxil olan şikayətlərə baxdı

1 027
Paylaş:
MSK Afət Həsənovanın seçki dairəsindən daxil olan şikayətlərə baxdı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 32 saylı Suraxanı üçüncü seçki dairəsindən daxil olan şikayətə baxılıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib. O qeyd edib ki, müraciət edən namizəd Elçin Baxışov həmin dairədən 1-dən 31-ə kimi bütün seçki məntəqələrində pozuntuların olduğunu iddia edib.

İ.Məmmədovun sözlərinə görə, namizəd nəticələrin ləğv edilməsini tələb edib.

MSK-nın ekspert qrupunun rəyi əsasında E.Baxışovun şikayəti təmin olunmayıb.

Qeyd edilib ki, namizədin iddia etdiyi məntəqələrdən bir neçəsi əvvəlki iclaslarda ləğv edilib.

Xatırladaq ki, 9 fevral parlament seçkilərinin ilkin nəticələrinə görə 32 saylı dairədə lider namizəd Afət Həsənovadır. O, Suraxanı rayon İcra Hakimiyyətinin başçısının müavinidir.

Paylaş:

Ən son xəbərlər