AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Akademiyanın rəhbəri postuna namizəd olacağı barədə fikirlərə münasibət bildirib.
Pravda.az xəbər verir ki, bu barədə akademik adının AMEA prezidentliyinə namizədlər sırasında hallandırılmasını xoş qarşılamadığını deyib.
“Ümumiyyətlə, müxtəlif şəxslərin namizədliyi ilə bağlı adlarının hallanması xoş deyil. Mənim adımı hallandıranlar özləri bilər. Yalandan-palandan yayırlar. Kimin adını hallandırırlarsa, mənasız söhbətlərə cəlb etmək istəyirlər. Mən ciddi adamam, elə işlərə baş qoşmuram”, - deyə İ.Həbibbəyli vurğulayıb.
Qeyd edək ki, akademik Ramiz Mehdiyevin istefasından sonra AMEA-nın yeni prezidentinin kim olacağı maraq doğurur. Namizədliyə iddialar sırasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin də adı çəkilir.
Modern.az
İsa Həbibbəylidən AMEA prezidentliyi barədə AÇIQLAMA: “Mən ciddi adamam, elə işlərə baş qoşmuram”