Rusiya Prezidenti Vladimir Putin Ukraynanın separatçı Donetsk və Luqansk respublikalarından Rostov vilayətinə gələn hər bir şəxsə 10 min rubl ayrılması barədə göstəriş verib.

Pravda.az-ın məlumatına görə, Putin həmçinin, Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyana Donetsk və Luqanskdan gələnlərin yerləşdirilməsinə şərait yaratmaq üçün təcili olaraq Rostov vilayətinə uçmağı tapşırıb.