Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Deputatlığa namizədin protokolları yoxa çıxdı

925
Paylaş:
Deputatlığa namizədin protokolları yoxa çıxdı

110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Nurlana Cəlilin 4 seçki məntəqəsinə aid protokolları yoxa çıxıb.

Pravda.az-ın xəbərinə görə, bu iddia ilə onun özü çıxış edib.

N.Cəlil bildirib ki, protokollar dairə seçki komissiyasında itib.

O, bu fakta görə komissiyanın sədri Fikrət Mustafayevi ittiham edib.

Deputatlığa namizəd səsvermə günü qanun pozuntularına yol verildiyini iddia edir.

Qeyd: Həmin seçki dairəsindən lider namizəd Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev elan edilib.

Paylaş:

Ən son xəbərlər