Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Rubl Putinin Ukrayna ilə bağlı müraciəti fonunda ucuzlaşdı

984
Paylaş:
Rubl Putinin Ukrayna ilə bağlı müraciəti fonunda ucuzlaşdı

Rublun məzənnəsi Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın suverenliyinin tanınması məsələsi ilə bağlı ölkə vətəndaşlarına və həmvətənlərə televiziya ilə müraciəti ilə çıxışı fonunda aşağı düşüb.

Bunu Moskva birjasının ticarət məlumatları göstərir.

ABŞ dollarının məzənnəsi Bakı vaxtı ilə saat 23:08-ə 3,51% (R 2,71) artaraq 80,01 R olub.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin tanınmamış Donetsk və Luqansk “Xalq Respublikaları”nın suverenliyini Rusiya tərəfindən tanımaq barədə qərar qəbul edib.

Report

Paylaş:

Ən son xəbərlər