BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatların sayı artırılsın - TƏKLİF

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, sabiq deputat Musa Musayev Milli Məclisin üzvlərinin sayının artırılmasını təklif edib.

 

Pravda.az-ın xəbərinə görə, M.Musayev deyib ki, deputatların sayı artırılmalı, eyni zamanda başqa vəzifələrdə çalışan məmurların deputatlığına son qoyulmalıdır.

 

Sabiq deputat qeyd edib ki, son günlər Prezident İlham Əliyevin apardığı kadr islahatları hər bir Azərbaycan vətəndaşının hansı mövqedə olmalarından asılı olmayaraq ürəyinə olan bir təşəbbüs kimi qəbul edilir: “Bu islahatların davamı olacaq. Azərbaycan əhalisinin sayı 1995-ci ilə nisbətən bir neçə milyon nəfər artıb və seçicilərin, seçki məntəqələrinin də sayı sürətlə artır. Bəs Azərbaycan parlamentində deputatların sayı niyə artmasın? Mənim fikrimcə, millət vəkillərinin sayı artırılmalı, eyni zamanda başqa vəzifələrdə çalışan məmurların deputatlığına son qoyulmalıdır. Milli Məclis deputatın daimi iş yeri olmalıdır və onlar yalnız xalqın mənafeyi ə dövlətin inkişafına xidmət edən qanunların hazırlanması ilə məşğul olmalıdırlar”.

Tarix: 3 Noyabr 2019, 12:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin