Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Azərbaycanın Ukraynadakı səfirliyi məlumat yaydı

872
Paylaş:
Azərbaycanın Ukraynadakı səfirliyi məlumat yaydı

Azərbaycanın Ukraynadakı Səfirliyi məlumat yayıb.

Pravda.az-ın xəbərinə görə, məlumatda deyilir:

“Hələki Azərbaycan vətəndaşlarından xəsarət alan yoxdur. Xarkovdan narahatedici xəbərlər gəlir. Çünki Xarkovda 75 mindən çox soydaşımız yaşayır. Səfirlik Azərbaycan Xarici İşlər Nazirliyi ilə, diaspor təşkilatlarının rəhbərləri ilə mütəmadi əlaqə saxlayır. Ukraynadakı Türkiyə səfirliyi ilə də əlaqədəyik. Hələ ki Ukraynada fəaliyyətimizi davam etdiririk. Soydaşlarımızı sərhəd vilayətlərinə səyahət etməməyə, evlərində qalmağa çağırırıq. Ən təhlükəsiz variant budur. Diplomatlar olaraq hamımız iş başındayıq. Diplomatların ailələri də Kiyevdədirlər. Göstəriş olmasa, biz Kiyevi tərk etməyəcəyik”.

Paylaş:

Ən son xəbərlər