Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva parlamentin aşağı palatası deputatlığından istefa verdiyini açıqlayıb.
Pravda.az xəbər verir ki, bu barədə Qazaxıstanın Zakon.kz portalı məlumat yayıb.
Nazarbayeva portalda dərc olunan bəyanatda deyib: “Bu gün mən parlamentin deputatı vəzifəsindən istefa vermək və bütün diqqətimi sosial, humanitar, mədəni və xeyriyyəçilik fəaliyyətlərinə yönəltmək qərarına gəldim”.