Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

İranda koronavirus sürətlə yayılır

917
Paylaş:
İranda koronavirus sürətlə yayılır

İranda koronavirusdan ölənlərin sayı 18 nəfərə çatıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Kiyanuş Cahanpur bildirib ki, koronavirusa 28 yoluxma hadisəsi qeydə alınıb. Ölkənin daha 5 vətəndaşı virusun qurbanı olub. Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma fevralın 19-da qeydə alınıb.

Daha əvvəl bildirilirdi ki, yoluxucu virusdan ölənlərin sayı 6 nəfərdir.

COVID-19 infeksiyası ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. Artıq bu ölkədə 2 442 nəfər yeni virusun qurbanı olub. Çində koronavirusa yoluxanların sayı 76 939 nəfərə çatıb, daha 22 888 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.Report

Paylaş:

Ən son xəbərlər