Rusiya qüvvələri Ukraynanın şərqində və Kiyev vilayətinin şimalında aerodromlara, Ukrayna silahlı qüvvələrinə aviazərbələr endirməydə davam edir.
Pravda.az-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi "Facebook" səhifəsində məlumat yayıb.
Məlumatda bildirilib ki, Rusiya Ukrayna ilə həmsərhəd ərazilərə ehtiyat hissələr yerləşdirməyə başlayıb və Ukraynanın şərqində, Kiyev vilayətinin şimalında aerodromlara, Ukrayna silahlı qüvvələrinə aviazərbələr endirməkdə davam edir. Sumı, Poltava, Mariupol rayonlarına tək hava zərbələri endirilib.
Qeyd olunub ki, Rusiya Qara dənizdən Ukrayna ərazisinə “Kalibr” dəniz versiyalı qanadlı raketlər atıb: "Rusiya aviasiyasının taktiki əməliyyatları Belarus ərazisindən və müvəqqəti işğal olunmuş Krım ərazisindən idarə olunur. Şərq Hərbi Dairəsinin 35-ci Əlahiddə Ümumqoşun Ordusunun batalyon taktiki qrupları Ukrayna ərazisindəki hədəflərə zərbə endirmək üçün istifadə olunan Mozır rayonunda yerləşir. Şumski ərazisində onlarla tank bölməsi və Kosovşina bölgəsində BM-21 "Qrad" çoxsaylı buraxılış raket sistemləri yerləşdirilib".