Rusiyanın Leninqrad vilayətində “Qazprom”un Korporativ Təhlükəsizlik üzrə Vahid Hesablaşma Mərkəzinin baş direktor müavini Aleksandr Tyulyakovun meyiti tapılıb.
61 yaşlı Tyulyakov intihar edib. O, özünü qarajda asaraq öldürüb. Hadisə fevralın 25-də baş verib. İntiharın səbəbi məlum deyil. “Qazprom” məsələ ilə bağlı açıqlama verməyib.
