Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

“Rusiya valyuta və fond birjaları miqyasını proqnozlaşdırmaq son dərəcə çətin olan kollaps yaşayacaq”

996
Paylaş:
“Rusiya valyuta və fond birjaları miqyasını proqnozlaşdırmaq son dərəcə çətin olan kollaps yaşayacaq”

“Rusiyanın birja ekspertlərinin məlumatına görə, Moskva Fond Birjası yarandığı tarixdən ən böyük enişini yaşayıb. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ardınca birja indeksləri 35%-yə yaxın azalıb. 1997-ci ildə Rusiyanın defolt olduğu maliyyə böhranında birja indeksləri 20%-fən bir qədər çox olmuşdu. Mərkəzi Bankın müdaxiləsi həftənin son 2 günündə rublun kəskin dəyər itirməsini, valyuta bazarlarının sərt çöküş yaşamasının qarşını ala bildi. Amma birja ekspertləri Mərkəzi Bankın aktivlərindən istifadə imkanın da məhdudlaşdırılmasını nəzərdə tutan qlobal sanksiyaların öz təsirini sabah - yəni birjaların ilk iş günündə daha ciddi çöküşlərlə müşahidə olunacağını gözləyirlər. Birja analitikkərinin dediyinə görə, böhranında Mosbirja indekslərinin öz əvvəlki səviyyəsini bərpa etməsi üçün  1997-ci ildə  560 gün, 2008 böhranında isə 180 gün lazım olub. Bu da çöküşün daha dərin olması ilə yanaşı həm də daha uzunmüddətli ola biləcəyilə bağlı gözləntilər çoxdur”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev bildirib.

R.Ağayev qeyd edib ki, rublun sərt çöküşünün qarşısını almaq üçün Rusiya MB-nın nə qədər ehtiyatı bazara çıxarması ilə bağlı hələlik dəqiq rəqəm açıqlanmır: “Ən son məlumata görə, Rusiya MB-nın xarici ehtiyatlarının (630 mlrd. dollar) 20%-i qızıl, təxminən 40-i dollar+avroda olan ehtiyatlardır. Rusiyanın aparıcı bankları kimi, Mərkəzi Bankı da öz xarici valyutada olan aktivlərinə sərəncam verə bilməsə, çox qısa müddətdə ölkənin valyuta və fond birjaları miqyasını belə proqnozlaşdırmaq son dərəcə çətin olan kollaps yaşayacaq. Yaxın günlərdə maliyyə bazarlarında xaosun miqyası səhmlərin kütləvi satışının və hesablarındakı depozitlərin, xüsusın valyuta əmanətlərinin geri çəkilmə miqyasının miqyasından, Mərkəzi Bankın sərəncamındakı resursların həcmindən asılı olacaq".

Leyla

Paylaş:

Ən son xəbərlər