Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysin təşkil edilməsi nəzərdə tutulub.
Rumıniyadakı Azərbaycan vətəndaşları üçün çarter reysi təşkil olunacaq
"Azərbaycan Hava Yolları" QSC-dən Pravda.az-a verilən məlumata görə, həyata keçiriləcək çarter reysi ilə Rumıniyadan 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.
Eyni zamanda, Türkiyənin "Tailwind" aviaşirkəti ilə daha 168 vətəndaş Bakı şəhərinə çatdırılacaq.