Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bəzi bəyannamə formalarında və doldurulması qaydalarında, həmçinin əlavələrin forma və tərtib olunması qaydalarında müvafiq dəyişikliklər təsdiq edilib.
Dövlət Xidmətindən verilən məlumata görə, təsdiq edilən yeni bəyannamə formaları aşağıdakılardır:
- Əlavə dəyər vergisinin bəyannaməsi (2, 3, 4 və 5 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları;
- Aksiz vergisi bəyannaməsi (2 və 3 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları;
- Mədən vergisi bəyannaməsi və tərtib edilməsi qaydaları;
- Ödәmә mәnbәyindә tutulan verginin bәyannamәsi (1 və 2 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları;