Bu gün Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyat başlatmasının artıq beşinci günüdür. İnsan ölümləri ilə nəticələnən hücum fonunda Ukraynada dünyaya gələn körpələrin də xəbəri yayılır.
Müharibə şəraitində gözünü dünyaya açan bu körpələrdən biri də Miadır.
Ukrayna mediasında ilkin yayılan məlumatda körpənin sığınacaq kimi istifadə olunan Kiyev metrosunda dünyaya gəldiyi bildirilirdi. Mianın anası Svetlana “Unicef”ə açıqlamasında həmin gün baş verənləri və körpəni harada dünyaya gətirdiyinə aydınlıq gətirib.