Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

Ekspert: “Rusiyada vəziyyət gərginləşsə, soydaşlarımızın vətənə köçü ola bilər, buna ölkə hazır deyil”

897
Paylaş:
Ekspert: “Rusiyada vəziyyət gərginləşsə, soydaşlarımızın vətənə köçü ola bilər, buna ölkə hazır deyil”

“Rublun dəyərdən düşməsi Rusiya-Azərbaycan ticarət dövriyyəsinə təsirləri ola bilər”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

“Əsas problem pul köçürmələrlə bağlı ola bilər, ticarət dövriyyəsi isə az deyil, 3,3 mlrd. dollar civarındadır, amma ən maraqlı məsələ buğda qiymətləri ilə bağlı ola bilər, çox güman, buğda bahalaşacaq, Ukraynada vəziyyətə görə bu il yaz əkini də azalacaq, deməli, Ukrayna buğda ixrac edə bilməyəcək, dünyada qiymət artacaq, o cümlədən Rusiya da qiyməti qaldıracaq. Rusiyada yaşayan yüzminlərlə soydaşımızın qazancları azalacaq, Azərbaycana, öz ailələrinə göndədikləri pullar da kəskin azala bilər ki, bu da ölkəmizdə onminlərlə ailələin sosial vəziyyətinin pisləşməsinə səbəb olacaq. Azərbaycan bu sanksilayardan başqa nə itirə bilər, buna hazırdımı? – İtkilərlə yanaşı qazanclar da ola bilər, hər şey hökumətin davranışlarından asılı olacaq, amma Rusiyada vəziyyət gərginləşsə oradan soydaşlarımızın vətənə köçü ola bilər, buna ölkə hazır deyil, çünki işsizlik, rəqabətsizlik var, ölkə yeni iş yerləri və iqtisadi fürsətlər üçün sistem olaraq hazır deyil” – N.Cəfərli qeyd edib.

Leyla

Paylaş:

Ən son xəbərlər