“Avropa İttifaqının Rusiya aviaşirkətləri üçün hava məkanını bağlaması Azərbaycana birbaşa təsir göstərə bilməz. Sadəcə olaraq, Avropaya məhsul ixracı ilə bağlı məhdudiyyətlərin yaranmasına görə Rusiya Qərbə ixrac edə bilmədiyi məhsuları aternativ bazar kimi Azərbaycana göndərəcək. Bu, Azərbaycan bazarında müəyyən fürsətlər yarada və məhsul bolluğunun yaranmasına səbəb ola bilər”.
Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.