Avropa İttifaqı sanksiya siyahısına daha 26 fiziki şəxs və bir şirkəti daxil edib.
Pravda.az xəbər verir ki, yeni sənəd Aİ-nin rəsmi saytında dərc olunub. Siyahıya daxildir:
Rusiya baş nazirinin müavini Dmitri Çernışenko, prezidentin mətbuat katibi Dmitri Peskov, Tikinti Nazirliyinin rəhbəri İrek Fayzulin, nəqliyyat naziri Vitali Savelyev və Federasiya Şurasının birinci vitse-spikeri Andrey Turçak;
Biznes nümayəndələri: Rosneft rəhbəri İqor Seçin, Transneft rəhbəri Nikolay Tokarev, iş adamları Əlişir Usmanov, Pyotr Aven, Mixail Fridman, Gennadi Timçenko, Aleksey Mordaşev, Pyotr Fradkov və Aleksandr Ponomarenko;