Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Ukraynadakı təşkilat sədri: “Maksimum 2-3 günlük ərzaq və dərman ehtiyatının olduğunu deyə bilərəm”

986
Paylaş:
Ukraynadakı təşkilat sədri: “Maksimum 2-3 günlük ərzaq və dərman ehtiyatının olduğunu deyə bilərəm”

“Hazırda Ukraynada vəziyyət çox gərgindir. Odessada yaşayan azərbaycanlılara əlimizdən gələn qədər kömək etməyə çalışırıq. Şəhərin mərkəzi hissəsinə keçmək, ümumiyyətlə, mümkün deyil. Bəzi insanlar zirzəmilərdə, parkinqlərdə gecələyirlər, burada yaşayan bütün azərbaycanlılar barədə məlumatlı deyilik. Bəzi ərzaq mağazaları, apteklər fəaliyyət göstərir, amma əgər belə davam edərsə, maksimum 2-3 günlük ərzaq və dərman ehtiyatının olduğunu deyə bilərəm”.

Bunu Pravda.az-a açıqlamasında Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev deyib.

R.Quliyev qeyd edib ki, maliyyə yoxdur: “Əlimizdə olan bütün maliyyəni aiddiyyatı üzrə xərcləmişik. Artıq gələn müraciətlərə də öz cibimizdən imkan çatan yardımı edirik. Sona qədər buradayam, soydaşlarımızı tək buraxmayacam. Şükürlər olsun ki, indiyə qədər ərzaq yardımı üçün müraciət edən olmayıb. Ötən gün isə bir qadın soydaşımız zəng etmişdi, iki övladı ilə Odessada tək qalıb. Övladı xəstə olduğu üçün pula ehtiyacı var idi. Yardım edildi, dərmanlar alındı. Bu gün ölkədən çıxarmaq üçün cəhd edəcəyik. Birliklərin, ictimai təşkilatların, qurumların nümayəndələrindən belə nəsə tələb etmək olmur, yalnız xahiş edə bilərik. Çünki hər kəs öz ailəsini, uşaqlarını xilas etməyə çalışır. Təəssüf ki, belə davam edərsə, vəziyyət daha da acınacaqlı olacaq və ərzaq, eyni zamanda, dərmanlar tükənəcək".

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər