Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Şoyqu: "Rusiya Ordusu məqsədinə çatana qədər hərbi əməliyyatı davam etdirəcək"

867
Paylaş:
Şoyqu: "Rusiya Ordusu məqsədinə çatana qədər hərbi əməliyyatı davam etdirəcək"

Ukraynadakı əməliyyatın əsas məqsədi Rusiya Federasiyasını Qərbdən gələn təhlükədən qorumaqdır.

Pravda.az-ın xəbərinə görə, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Rusiya Ordusu məqsədlərinə çatana qədər Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirəcək.

Nazir bildirib ki, Ukrayna tərəfi yaşayış binalarının həyətlərində, məktəblərin və uşaq bağçalarının yaxınlığında çoxsaylı reaktiv yaylım atəş sistemləri, silahlar və iriçaplı minaatanlar yerləşdirir, dinc sakinlərdən canlı qalxan kimi istifadə edir.

APA

Paylaş:

Ən son xəbərlər