Rusiya ordusu Enerqodar şəhərində döyüşləri davam etdirir.
Pravda.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin "Telegram" kanalında məlumat verilib.
Bildirilib ki, Rusiya ordusunun 90-a yaxın hərbi texnikası o ərazidə cəmləşib.

Məlumata görə, Rusiya ordusu Enerqodara çatmağa və Avropanın ən böyük Atom Elektrik Stansiyasının yaxınlığında mövqe tutmağa çalışır.
Qeyd olunub ki, bu, beynəlxalq humanitar hüququn bütün normalarına ziddir.
"Rusiya ordusu ciddi müqavimətlə qarşılaşacaq. Ukrayna hərbçiləri kifayət qədər peşəkarcasına hərəkət edir və düşmən ciddi itkilər verir" - bəyanatda deyilir.
Nadir