Martın 1-də rus qoşunları Zaporojye AES-in yerləşdiyi Zaporojye vilayətinin Enerqodar şəhərinə yaxınlaşıb.
Şəhərin meri Dmitri Orlovun sözlərinə görə, şəhər sakinləri hərbi kolonnanın şəhərə daxil olmasının qarşısını almaq üçün yola çıxıblar.
Bu səhər rus qoşunları yenidən Enerqodara doğru irəliləyib. Stansiya əməkdaşları bələdiyyə sədrinin çağırışı ilə danışıqlar aparmaq üçün şəhərin girişindəki keçid məntəqəsinə gediblər.