Rusiya Prezidenti Vladimir Putin ordunu nüfuzdan salan feyklərə və ölkəyə qarşı sanksiyalara çağırışlara görə cinayət cəzası və böyük cərimələri nəzərdə tutan qanun layihəsini imzalayıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, qanun layihəsi Dumanın bu gün keçirilən plenar iclasın qəbul olunub.
Qanuna əsasən RF-nin Cinayət və Cinayət Prosessual məcəllələrinə dəyişikliklər edilir.
Sənəddə qeyd edilir ki, belə bir cinayətə görə azadlıqdan məhrum etmə müddəti 15 ilə qədər ola bilər, əgər feyklər ağır nəticələrə səbəb olarsa.
Rusiya Silahlı Qüvvələri ilə bağlı qəsdən yalan məlumatların yayılmasına görə isə aşağıdakı cəzalar nəzərdə tutulub:
- 700.000-dən 1,5 milyon rubla qədər və ya 18 aya qədər müddətə məhkumun əmək haqqı və ya digər gəliri miqdarında cərimə;
- bir ilədək islah işləri;
- üç ilədək müddətə məcburi əmək;