ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın Rusiya ilə müharibədən qalib çıxacağını bildirib.
Pravda.az xəbər verir ki, Blinken bu barədə BBC-yə müsahibəsində bildirib.
"Moskva hansısa yolla Ukrayna hökumətini devirib, özünün istədiyi rejimi qurmaq niyyətinə düşmüş ola bilər, ancaq 45 milyonluq Ukrayna xalqı buna imkan verməyəcək. Putin yəqin ki, ukraynalıların belə əzmkarlıq nümayiş etdirəcəyini gözləmirdi" - o qeyd edib.