BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Məclisin növbəti plenar iclasının vaxtı dəyişdirilib - TARİX

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası noyabrın 26-da deyil, 25-də keçiriləcək.

 

Pravda.az-ın xəbərinə görə, iclasda 2020-ci ilin büdcə zərfinə daxil olan sənədlər II oxunuşda müzakirəyə çıxarılacaq.

 

Bunlar "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələridir.

 

Gündəliyə salınmasa da, iclasda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsinə də baxıla bilər..

 

Xatırlatma: Prezident İlham Əliyev Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədləri Milli Məclisə təqdim edib.

 

Namizədlər Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Tarix: 22 Noyabr 2019, 10:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin