Çeçenistan Prezidenti Ramzan Kadırov Ukraynanın dövlət başçısı Volodimir Zelenskinin ölkədən qaçdığını və gizləndiyini iddia edir.
O, sosial şəbəkələrdəki akkauntlarında V.Zelenskiyə ünvanlanmış müraciətini paylaşıb. Ukrayna prezidentinin adının "Vladimir" kimi göstərildiyi müüraciətdə V.Kadırov Zelenskidən "qayıtmağı" istəyir.
Müraciətdə deyilir: "Vladimir, qayıdın! Hara getdi vətəpnərvərlik, qətiyyət, alovlu nitqlər? Mən əvvəlcədən bilirdim ki, qaçacaqsınız. Pis oyunda olsa belə, xalq qarşısında yaxşı simada qalmaq olardı. Amma bir aktyor kimi xüsusi istedadınızla da seçilmədiniz.