ABŞ Dövlət Departamenti, Pentaqon və digər ABŞ agentlikləri Vladimir Zelenski hökumətinin Ukraynanı tərk etməli olacağı təqdirdə planlarını, o cümlədən Zelenskinin Polşada sürgündə Ukrayna hökumətini quracağı ssenarisini hazırlayır.
Bu barədə "Vaşinqton Post" (VP) qəzetinə adı açıqlanmayan Vaşinqton rəsmilərindən biri deyib.
"Mümkün olan hər bir hadisə üçün fövqəladə hallar planı hazırlayırıq", - rəsmi qeyd edib.