Rusiyanın Ukraynadakı hərbi əməliyyatının dayandırılması yalnız Kiyevin hərbi əməliyyatları dayandırması və Moskvanın tələblərini yerinə yetirməsi şərtilə mümkündür.
Bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib.
Bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb:
“Vladimir Putin Donbasın müdafiəsi üzrə xüsusi hərbi əməliyyatın gedişi barədə məlumat verib, bu kontekstdə fundamental yanaşmaları və qiymətləndirmələri açıqlayıb, qarşıya qoyulan əsas məqsəd və vəzifələri ətraflı izah edib. Xüsusi əməliyyatın plana uyğun və qüdrətli şəkildə davam etdiyi vurğulanıb. Eyni zamanda, Rusiya silahlı qüvvələri mülki əhalinin həyatını xilas etmək və təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi edir, dəqiq zərbələr yalnız hərbi infrastruktur obyektlərinə endirilir.