Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Sultan Nəcəfov və Elçin Rəhimovun müraciətinə baxılıb.
Pravda.az-ın xəbərinə görə, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.
B. Əsgərov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 23 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.