Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Rusiya iqtisadiyyatı çökür, manata təhlükə varmı?

1 011
Paylaş:
Rusiya iqtisadiyyatı çökür, manata təhlükə varmı?

“Rusiya özü ilə bərabər onun orbitində olan ölkələri də tənəzzülə sürükləyəcək. Fikrimcə, Rusiya iqtisadiyyatının hazırkı vəziyyəti birinci növbədə Avrasiya İttifaqına üzv ölkələri - Belarusu, Ermənistanı, Qırğızıstanı və Qazaxıstanı - təsirləndirəcək. Bundan sonra Rusiyada böhranın  ikinci dərəcədə təsirləndirdiyi ölkələr Tacikistan, Özbəkistan, Türkmənistan və  hazırkı siyasəti davam etdirərsə, Azərbaycan da ola bilər”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.

Q.İbadoğlu qeyd edib ki, Azərbaycan höküməti Rusiyaya sanksiyaların tətbiqindən sonra regionda formalaşan yeni meylləri, qərarlaşan tendensiyaları müxtəlif ssenarilər üzrə qiymətləndirməli və qısa müddət ərzində adekvat proqramlar qəbul etməlidir: “Rusiya sərmayəsi olan banklar və şirkətlərlə  bağlı vəziyyətə aydınlıq gətirməli,  bankların son günlər valyuta mübadiləsi ilə bağlı manipulyasıyalarının (bəzi banklar son günlər dollar alırlar, satmırlar, rubl almırlar, satırlar), ölkədən valyuta çıxarılmasının qarşısını almalıdır, yoxsa Azərbaycanda ayrıca rus bankları və  şirkətləri defolt ola və manatın  kövrək "sabitliyi" pozula bilər”.

Leyla

Paylaş:

Ən son xəbərlər