BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərdar Cəlaloğlu: “Rusiyada qanuni yolla varlanan azərbaycanlı yoxdur”

“Pul hansı yolla əldə edilirsə, elə həmin yolla da xərclənir. Rusiyada da qanuni yolla varlanan azərbaycanlı yoxdur. Ona görə də onlar qanuni məsələlərdə, ictimai işlərdə pul xərcləyə bilmirlər”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hazırkı gərgin vəziyyətdə Rusiyada yaşayan azərbaycanlı milyarderlərin həmyerlilərinə dəstək verməməsi barədə danışarkən deyib.

 

O bildirib ki, Rusiyada yaşayan azərbaycanlı milyarderlərin pulu yalnız qanunsuz əməllər üçün sərf edilə bilər: "Yəni, onların soydaşlarımıza dəstək verməməsinin səbəbi budur. Misal üçün, Hacı Zeynalabdin Tağıyev niyə bütün pulunu xeyriyyə üçün xərcləyirdi?! Çünki qanuni yolla qazanmışdı və onun üçün pul xərcləmək zövq idi. Bu adamlar isə qanunsuzluq edərək pul qazanırlar. Yəni özünü təhlükə ilə üzbəüz qoyub qazandığı pulu niyə xərcləsinlər ki?!"

 

Nəzrin Cavid

Tarix: 11 Mart 2022, 11:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin