Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan və Türkiyə bir millət, iki dövlət olaraq regionun təhlükəsizliyi üçün ciddi addımlar atır” - RƏY

“Geosiyasi vəziyyətin problemli vaxtında, eyni zamanda, Rusiya və Ukrayna qarşıdurması fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri ciddi əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyə arasında əməkdaşlığın dərinləşməsi, günü-gündən inkişaf etməsi göz qabağındadır. Görüşlərdə əsas yadda qalan məqamlar regional və qlobal təhlükəsizlik, əməkdaşlıq, sülhə dəstək və yardımlaşmaq kimi məsələlərdir. Eyni zamanda, Azərbaycan və Türkiyə “3+3” formatında əməkdaşlıq edir. Görüş zamanı bu konteksdə Zəngəzur dəhlizinin açılması, prosesə regional dövlətlərin cəlb edilməsi kimi məsələlər də müzakirə edilib”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

O bildirib ki, rəsmi Bakı va Ankara əməkdaşlığı daha da genişləndirmək istiqamətində müvafiq addımlar atırlar: “Prezidentin səfəri çərçivəsində, həmçinin, Azərbaycan və Ermənistan sərhədinin delimitasiya və demarkasiyası, sülh sazişinin imzalanması istiqamətində atılacaq addımlar, eləcə də TAP və TANAP kimi mühüm layihələr müzakirə edilib. Nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna müharibəsi zamanı Avropaya qaz nəqli, demək olar ki, dayanıb. Bu gün Azərbaycan enerji təhlükəsizliyinə təhdidin qarşını almaqda Avropa, eləcə də dünya ölkələri üçün mühüm əhəmiyyət kəsb edən dövlətə çevrilib. Əlbəttə ki, belə olan vəziyyətdə, Türkiyə ilə birgə fəaliyyət göstərmək mühümdür. Əlavə olaraq, onu da qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycan münasibətlərinin ən vacib faktorlarından biri də Şuşa Bəyannaməsidir. Bu sənəd qanuna çevrilib. Həmin qanuna müvafiq olaraq, müttəfiq olan iki ölkəyə qarşı yönəlmiş təhdidlərin qarşısının alınmasında Türkiyə və Azərbaycan birgə mübarizə aparmalıdır. İki dövlətin hərbi-texniki əməkdaşlığı da bəyannamədə əksini tapıb. Odur ki, Antalyada baş tutan forumda regionun ən ciddi məsələlərinin müzakirə edilməsi təsadüfi deyil. Biz bir millət, iki dövlət olaraq regionun təhlükəsizliyi üçün ciddi addımlar atırıq. Çünki Azərbaycan və Türkiyə regionun lider dövlətləridir”.

 

Nəzrin Cavid

Tarix: 11 Mart 2022, 13:11   
Xəbər lenti
Çox oxunanlar