Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Çavuşoğlu: "Qarşımdakı xətdəki nöqtələr sarı idi, Lavrov niyə sarı rəngdə olduğunu soruşdu..."

856
Paylaş:
Çavuşoğlu: "Qarşımdakı xətdəki nöqtələr sarı idi, Lavrov niyə sarı rəngdə olduğunu soruşdu..."

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla martın 10-da keçirdiyi görüşdən əvvəl kameraların önündə salamlaşma zamanı gərginliyin yaşanması barədə iddialara münasibət bildirib.

M.Çavuşoğlu bununla bağlı fikirləri təkzib edib.

“Qarşımızdakı xətlərin üzərində nöqtələr var idi. Onları bir-birimizə göstərirdik. Mənim qarşımdakı xətdəki nöqtələr sarı idi. Lavrov niyə sarı rəngdə olduğunu soruşdu, zarafatlaşdıq. Heç bir problem olmayıb”, - nazir vurğulayıb.

Qeyd edək ki, XİN başçıları birgə foto çəkdirərkən M.Çavuşoğlu S.Lavrovdan irəlidə dayanıb. Rusiyalı nazir isə həmkarından arxaya çəkilməsini istəsə də, M.Çavuşoğlu buna məhəl qoymayıb.

Report

Paylaş:

Ən son xəbərlər