“Dünən axşamdan bu gün səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsi tərəfindən Ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı rayonları istiqamətlərində mövqeləri, Qərbi Zəngəzurun Basarkeçər rayonundan isə Kəlbəcərin üç kəndi atəşə tutulub. Məlumdur ki, bu həftə ərzində ermənilər tərəfindən yaradılan ilk gərginlik deyil. Düzdür, hər dəfə Beynəlxalq humanitar hüquq rəhbər tutulmaqla erməni ordusunun, habelə, separatçıların qanunsuz dəstələrinin adekvat və sərt şəkildə cavabları verilir. Lakin görünən odur ki, məsələ köklü həlli edilməyincə yəni, antiterror əməliyyatları ilə separatçılar tam məhv edilməyənə, Ermənistan isə “Dəmir yumruğun” təhdidi altında Azərbaycana qarşı ərazi iddialarından tam əl çəkdiyini rəsmən bəyan edib hərbi cinayətlərə görə dövlət səviyyəsində üzr istəməyənə qədər sabitlik üçün bu kimi təxribatlar davam edəcək”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.