Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Tural Abbaslı: “Milyarderlər pulu xalqına, soydaşlarına xərcləməkdən çəkinməməlidirlər”

841
Paylaş:
Tural Abbaslı: “Milyarderlər pulu xalqına, soydaşlarına xərcləməkdən çəkinməməlidirlər”

“Rusiyada biznes mühiti sağlam deyil. Siyasi dairələrin dəstəyi olmadan böyük mülklərə və əmlaklara sahib olmaq mümkünsüzdür. "Oliqarx" sözü də məhz burdan yaranır. Yəni, iqtidarla əlaqəli olan biznes adamlarının daha çox varlanması, külli miqdarda vəsaitin onlar üçün əlçatan olması təsadüfi hesab edilmir”.

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

O bildirib ki, regionda yaranmış vəziyyətlə əlaqədar Rusiya Prezidenti Vladimir Putinlə paralel olaraq, orada yaşayan milyarderlərə də sanksiyaların tətbiqi əbəs yerə deyil: “Çünki bütün dünya bu reallığı qəbul edib ki, bəzi ölkələrdə milyardlar qazanmış adamlar həmin ölkənin iqtidarı ilə birbaşa əlaqəlidir və bu, təmiz pullar deyil. Ümumiyyətlə isə, cəmiyyətin nə qədər çox varlı təbəqəsi, milyarderləri olarsa, o qədər yaxşıdır. Sadəcə olaraq, milyarderlər də həmin vəsaiti xalqına, öz soydaşlarına xərcləməkdən çəkinməməlidirlər”.

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər