BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya taxıl ixracını dayandırıb, bahalaşma olacaqmı?

“Rusiya həm özünün, həm də Avrasiya İttifaqının taxıl ixracatını dayandırıb. Rusiya ixracatı dayandırmaqla, öz ehtiyatını qoruyur. Hesab edirəm ki, bu addım ərzaq təhlükəsizliyi ilə bağlıdır. Həmçinin Avrasiya ittifaqına daxil olan - Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan kimi dövlətlər də əvvəllər daha az miqdarda rüsum ödəyirdilər. Yəni, bu, həm də sui-istifadənin qarşısını almış olacaq. Rusiya taxılının əsas alıcıları isə, əlbəttə ki, Qərb deyil, Türkiyə və İrandır. Ona görə də Rusiyanın bu addımı Qərbi küncə sıxışdırmağa deyil, ehtiyatının təminatına yönəlib”.

 

Pravda.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elman Vəliyev məlumat verib.

 

O bildirib ki, Azərbaycanın da taxıl idxalının xeyli hissəsi Qazaxıstan və Rusiyaya bağlıdır, lakin öz taxıl ehtiyatımız da mövcuddur: "Lakin buna baxmayaraq, Rusiyanın bu addımı ölkə iqtisadiyyatına müəyyən qədər mənfi təsir göstərə bilər. Əgər ixracat qadağası uzun müddət davam edərsə, problemlər arta bilər. Proqnozlaşdırılır ki, Rusiyanın bu qadağası iyul-avqust ayları üçün keçərlidir. Rusiya bunu düşünülmüş şəkildə edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan taxıl sektorunda xarici asılılığı azaltmaq üçün fermerlərə subsidiyaları artırmaqla nəticə əldə edə bilər. Ümumiyyətlə, istənilən ölkənin hansısa sferasındakı boşluğu xaric ödəyirsə, o gələcəkdə problem yarada bilər. Buna nümunə kimi, İkinci Dünya müharibəsindən sonra Amerikanın "marşal" siyasəti nəticəsində Türkiyənin yağ sektorunda boşluq yaradaraq özündən asılı salmağı göstərmək olar".

 

Nəzrin Cavid

Tarix: 11 Mart 2022, 15:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin