Rumıniya əhalisi kütləvi şəkildə yanacaq aldığı üçün məntəqələrdə uzun növbələr yaranıb.
Əhalinin bu davranışına yanacağın bahalaşacağı ilə bağlı xəbərlər səbəb olub. İnsanlar indidən maksimum yanacaq ehtiyatı tədarük etməyə çalışırlar.

Şayiələrə görə benzinin 1 litrinin 11 leyə (1 ley = 40 qəpik) qədər bahalaşması gözlənilir. Hazırda yanacağın qiyməti regiondan asılı olaraq 7,5 – 8,3 ley arasında dəyişir. Ukraynaya yaxın YDM-lərdən biri yanacağı 11 leyə satdığı üçün cərimələnib.
Dövlət rəsmiləri Rumıniyanın neft istehsalçısı olduğu deyərək qiymət artımına əsas görmürlər.
APA