Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Avropa Parlamenti fəaliyyətində kobud səhvlərə yol verir” - Deputat

1 027
Paylaş:
“Avropa Parlamenti fəaliyyətində kobud səhvlərə yol verir” -       Deputat

“Avropa Parlamentinin Azərbaycanın guya erməni abidələrini dağıtması ilə bağlı qətnaməsinin əsasında erməni lobbiçiliyi dayanır. Biz erməni lobbiçiliyi və diasporunun siyasi korrupsiya üsullarından istifadə edərək anti-azərbaycan, anti-türk fəaliyyətlərinin dəfələrlə şahidi olmuşuq”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, bu, çox təəssüf ki, Avropa dəyərlərinə də ciddi zərbə vurur: "Bu qətnamə ilə Azərbaycanda Avropa Parlamentinin fəaliyyətinə çox mənfi münasibət formalaşır. Onların bəyan etdikləri dəyərlər ilə həyata keçirdikləri siyasət arasında ziddiyyət, uçurum var. Təəssüf ki, Avropa Parlamenti öz fəaliyyətində çox kobud səhvlərə yol verir”.

Qeyd: Azərbaycanın qeyri-hökumət təşkilatları da Avropa Parlamentinin qətnaməsinə etiraz ediblər. 

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər