BURADA REKLAMINIZ OLA
BİLƏR

“İran və Azərbaycan arasında imzalanan memorandum Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir” - RƏY

“Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması böyük əhəmiyyət kəsb edir. Azərbaycan uzun müddət Ermənistanı gözləyən deyildi. Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir addım atılmırdı. Ona görə də Azərbaycan enerji layihələrini genişləndirərək bu istiqamətdə müəyyən addımlar atmağa qərar verib. Hesab edirəm ki, Azərbaycanla İran arasında belə bir sənədin imzalanması tarixi hadisədir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, mövcud memorandum Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir: “Bu, Azərbaycanın növbəti diplomatik uğurudur. Memorandum imzalanması, həmçinin, Azərbaycan və İran əlaqələrinin sürətlə inkişaf etdiyinin, yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir. Ermənistan planlarını reallaşdıra bilmədi. Mövcud layihə İrana, Azərbaycana, eləcə də başqa dövlətlərə əlavə qazanc gətirəcək, bizim Naxçıvana çıxışımızı asanlaşdıracaq. Şükürlər olsun ki, Azərbaycan bu barədə növbəti qələbəsini təmin etmiş oldu. Ermənistan başa düşməlidir ki, bu, onlara edilən daha bir xəbərdarlıqdır. Əgər qarşıdakı mərhələlərdə Ermənistan düzgün olmayan qərarlar qəbul etsə, təxribatlar törətsə, Azərbaycanın cavabı çox sərt və bugünkü kimi fərqli olacaq. Ermənistanın tək yolu Azərbaycanla münasibətlərini bərpa etməkdir”.

 

Nəzrin Cavid

Tarix: 12 Mart 2022, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin