Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“İran və Azərbaycan arasında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir” - RƏY

1 064
Paylaş:
“İran və Azərbaycan arasında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir” -       RƏY

“İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması hər iki tərəf üçün tarixi hadisədir. Bu razılaşmanın əldə olunması tərəflərin böyük iqtisadi maraqlarına cavab verir. Nəzərə almaq lazımdır ki, gələcəkdə belə bir əlaqənin təmin olunması Naxçıvanın inkişafında mühüm rol oynayacaq. Naxçıvan Ermənistanın işğalçılıq siyasəti nəticəsində uzun illər blokada şəraitində qalıb və təəssüf ki, həmin müddətdə Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsi olmayıb. Həmçinin yeni nəqliyyat dəhlizi vasitəsilə Türkiyə ilə də əlaqələrimiz daha əlçatan olacaq".

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşir oğlu deyib.

Deputat bildirib ki, Anlaşma Memorandumu gələcəkdə İran və Azərbaycanın bərabər şəkildə daha əhəmiyyətli layihələr icra etməsinə zəmin yaradır: “Cənab Prezident İlham Əliyev martın 10-da Ankarada səfərdə olan zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir sıra  mühüm məsələlər ətrafında müzakirələr aparıb. Bunlardan biri də Naxçıvan və İğdır arasında nəqliyyat və kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı olub. Hesab edirəm ki, İran və Azərbaycan arasındakı yeni razılaşma bu istiqamətdə mühüm nəqliyyat vasitəsinin qurulmasını şərtləndirəcək. Üstəlik, mövcud memorandum ilə Azərbaycan və İranın tranzit imkanları əhəmiyyətli dərəcədə genişlənəcək. Xüsusi vurğulamaq istəyirəm ki, yeni nəqliyyat əlaqəsi həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Çünki Ermənistan artıq iki ilə yaxındır ki, Zəngəzur dəhlizinin açılmasına mane olur, bununla bağlı hansısa mövqe nümayiş etdirmir. Görünür, Ermənistan məhz Zəngəzur dəhlizi üzərindən Azərbaycan və Türkiyəni şantaj etmək niyyətindədir. Yeni nəqliyyat dəhlizi Ermənistanın bu imkanlarını da əlindən alacaq və böyük itkilərə məruz qalan tərəf yenə də Ermənistan olacaq. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi açılacağı təqdirdə Ermənistan üçün yeni imkanlar yarana bilərdi”.

E.Mirbəşir oğlu qeyd edib ki, sözügedən memorandum Azərbaycan və İran əlaqələrinin yeni mərhələyə qədəm qoyması üçün faydalı imkanlar yaradacaq”.

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər