“Azərbaycanın İranla Anlaşma Memorandumunu imzalaması Ermənistana təzyiq formasıdır. Nəzərə almaq lazımdır ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı dəqiq heç nə demir: gah razılıq verir, gah da vermir. Ola bilər ki, Ermənistan İranla Azərbaycanın yeni razılaşmasından sonra əl ayağa düşüb Zəngəzur dəhlizinin açılmasına razılıq verər. Yəni, istənilən halda, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı qüvvədədir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.