"Xarici siyasətdə növbəti doğru addım atıldı, İran İslam Respublikası ilə əhatəli əməkdaşlığa imkan verən sənəd imzalandı. Yeni sənəd bir çox aspektdən önəmlidir, hətta orta-uzun zamanda ciddi iqtisadi fürsətlər yaradır".
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
N.Cəfərli qeyd edib ki, Ermənistan-İran sərhədinə pararlel Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur: "Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Həmçinin, tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsi nəzərdə tutulur. Yeni kommunikasiya xəttində hər iki tərəf, həm Azərbaycan, həm də İran qarılıqlı söz sahibi olacaq, yeni sərhəd keçid məntəqələri, sərhədyanı ticarət üçün yeni fürsətlər yaranacaq Bu sənəd Ermənistan və Rusiyanın əlində təzyiq vasitəsi olan və Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan “Zəngəzur Koridorunun” əhəmiyyətini azaldır, indi artıq bu təzyiq alətindən Moskva istifadə edib müəyyən güzəştlər qoparmağa çalışmayacaq. Onsuz da dəhliz layihəsi həyata keçsə, yeganə söz sahibi Rusiya olacaqdı, yollar, kommunikasiyalar Moskvanın tam nəzarətində olacaqdı. İndi isə top Ermənistan və Rusiya tərəfdədir, yeni regional logistik layihələrin iştirakçısı olmaq istəyirlərsə, daha yumşaq şərtlərlə “Zəngəzur dəhlizinin” açılmasına razı olmalıdırlar. Bundan başqa, hətta gələcəkdə “Zəngəzur Koridoru” işə düşsə belə, mütləq alternativi olmalıdır. Kremlin nəzarətində, Ermənistanın ərazisində olan kommunikasiya xəttləri daim təhlükədə ola, həmişə təzyiq vasitəsinə çevrilə bilərdi, İrandan keçən alternativ kommunikasiya xəttləri bu təzyiqi amortizasiya etməyə kömək olacaq. Sənədin imzalanması geosiyasi anlamda İranın Ermənistandan üz çevirməsi deməkdir, dünəndən Ermənistan mediası İranı suçlayır, arxadan zərbə vurduğunu söyləyirlər. Anlamırlar ki, İran qədim diplomatiya ənənələrinə, öz maraqlarını qorumaq üçün addımlar atan ölkədir və geosiyasət elə qurulub ki, daimi dostlar olmur, daimi maraqlar olur, maraqlar həmişə sentimentlərə qalib gəlir. İranla Qərb arasında yeni istiləşmə gözlənilir, enerji anlamında Avropa bazarında Rusiyaya rəqib ola biləcək yeganə ölkə (coğrafi yaxınlıq, potensial və resurslar baxımından) məhz İrandır. Rusiyanın beynəlxalq aləmdən təcrid edilməsi və enerji resurslarından gələcəkdə tam imtina edilməsi üçün Qərbin İrana ehtiyacı var, sübutum olmasa da, düşünürəm ki, Azərbaycanla İran arasında bağlanan yeni müqavilə bizim Dövlət tərəfindən Türkiyə, AB və Britaniya və ABŞ-la, hətta İsrail ilə məsləhətləşmələrdən sonra ərsəyə gəlib. İranın Qərbə açılması üçün əsas logistik və maliyyə, texniki mərkəz Azərbaycan, Bakı ola bilər. Bu ölkəmizə çox böyük yeni fürsətlər, iqtisadi dividentlər gətirə bilər. Hakimiyyətin xarici siyasəti qüsursuza yaxın olsa da, daxili siyasət çox pisdir, ədalətsizlik, plansızlıq, təmbəllik, qanunsuzluq, korrupsiya, idarəetmənin bərbadlığı, məhkəmələrin icra hakimiyyətinin əl buyruqçusu olması, yerli icra hakimiyyəti institutlarının çürüməsi ölkənin qarşısında duran ən böyük əngəllərdir. Daxili siyasətin yenidən dizayn olması gərəkdir ki, xarici siyasətdə atılan uğurlu, doğru addımlar ölkəyə böyük iqtisadi və sosial dividentlər gətisin, başqa yol yoxdur, əgər daxili siyasət doğru relslər üzərinə oturmasa, xarici siyasətin uğurları getdikcə əhəmiyyətini itirə bilər..."
Leyla
11 Mart 01:32
11 Mart 00:39
10 Mart 22:18
10 Mart 21:23
10 Mart 19:24
10 Mart 19:22
10 Mart 19:20
10 Mart 19:00
10 Mart 18:52
10 Mart 18:48
10 Mart 18:45
10 Mart 18:39
10 Mart 18:36
10 Mart 18:04
10 Mart 17:59
10 Mart 17:47
10 Mart 17:31
10 Mart 16:59
10 Mart 16:57
10 Mart 16:55
10 Mart 16:50
10 Mart 16:43
10 Mart 16:32
10 Mart 16:26
10 Mart 16:23
10 Mart 16:06
10 Mart 16:01
10 Mart 15:57
10 Mart 15:56
10 Mart 15:09
10 Mart 14:45
10 Mart 14:38
10 Mart 14:27
10 Mart 14:21
10 Mart 14:10
10 Mart 14:05
10 Mart 13:49
10 Mart 13:09
10 Mart 13:06
10 Mart 12:51
10 Mart 12:48
10 Mart 12:43
10 Mart 12:38
10 Mart 12:33
10 Mart 12:32
10 Mart 12:31
10 Mart 12:28
10 Mart 12:27
10 Mart 12:24
10 Mart 12:05
10 Mart 12:04
10 Mart 12:02
10 Mart 11:52
10 Mart 11:45
10 Mart 11:43
10 Mart 11:42
10 Mart 11:39
10 Mart 11:17
10 Mart 11:15
10 Mart 10:52
10 Mart 10:37
10 Mart 10:34
10 Mart 10:30
10 Mart 10:27
10 Mart 10:09
10 Mart 09:28
10 Mart 09:24
10 Mart 09:22
10 Mart 09:16
10 Mart 09:04
10 Mart 08:40
10 Mart 08:36
10 Mart 08:32
10 Mart 08:29
10 Mart 08:28
10 Mart 08:21
10 Mart 08:17
10 Mart 08:12
10 Mart 08:09
10 Mart 08:08
10 Mart 08:01
10 Mart 07:53
10 Mart 07:51
10 Mart 01:11
10 Mart 00:03
9 Mart 23:57
9 Mart 22:30
9 Mart 21:40
9 Mart 21:38
9 Mart 21:36
9 Mart 21:35
9 Mart 20:19
9 Mart 20:18
9 Mart 20:15
9 Mart 20:12
9 Mart 20:11
9 Mart 20:07
9 Mart 19:31
9 Mart 17:04
9 Mart 17:02
9 Mart 16:39
9 Mart 16:19
9 Mart 15:46
9 Mart 15:45
9 Mart 15:34
9 Mart 15:10
9 Mart 14:54
9 Mart 14:52
9 Mart 13:09
9 Mart 12:52
9 Mart 12:35
9 Mart 12:31
9 Mart 11:23
9 Mart 11:19
9 Mart 11:17
9 Mart 10:42
9 Mart 10:04
9 Mart 10:02
9 Mart 03:50
9 Mart 01:41
9 Mart 01:16
9 Mart 01:14
8 Mart 23:56
8 Mart 23:53
8 Mart 23:51
8 Mart 23:27
8 Mart 23:25
8 Mart 23:11
8 Mart 23:09
8 Mart 21:08
8 Mart 20:34
8 Mart 20:32
8 Mart 19:36
8 Mart 19:20
8 Mart 18:41
8 Mart 18:39
8 Mart 17:25
8 Mart 17:22
8 Mart 17:21
8 Mart 17:19
8 Mart 16:46
8 Mart 15:33
8 Mart 15:23
8 Mart 14:35
8 Mart 13:51
8 Mart 12:55
8 Mart 12:35
8 Mart 11:31
8 Mart 11:16
8 Mart 11:15
Ən son xəbərləri səhifəmizdən də izləyin