Türkiyədə əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın bu gün, martın 12 üçün nəzərdə tutulmuş Bakı-İstanbul (J2-077/J2-078) reysi ləğv edilib.

Pravda.az bu barədə AZAL-a istinadən xəbər verir.

Ləğv edilmiş reysin sərnişinləri sabah (13 mart) J2-075/J2-076 reysi ilə İstanbula yola düşəcəklər. Uçuşun yerinə yetirilməsi üçün geniş gövdəli uzun məsafəli "Airbus 340" təyyarəsindən istifadə ediləcək.