BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Azərbaycan İranla yeni razılaşma imzalamaqla geri addım atmayıb"

"Ermənistan istəsə də, istəməsə də, Zəngəzur dəhlizi mütləq açılacaq. Sadəcə olaraq, bu qədər vaxtdan sonra dəhlizin açılması Ermənistana baha başa gələcək. Ermənistan etdiyi səhvləri hələ də başa düşmür. Onların Zəngəzur dəhlizinin açılmasını ləngitməsinə baxmayaraq, Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Ermənistanın bugünkü rəhbərliyi və onun ətrafındakılar diqqətlə düşünsələr, Zəngəzur dəhlizinin açılmasına razılıq verməməklə çox şey itirdiklərini başa düşərlər. Bununla Ermənistan blokada vəziyyətində qalmağa davam edir".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.


Deputat bildirib ki, Azərbaycan İranla yeni razılaşma imzalamaqla geri addım atmayıb, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatlarında nəzərdə tutulmuş öhdəliklər mütləq yerinə yetirməlidir: "Azərbaycanın şərtləri masadadır. Ermənistan öhdəliklərdən qaçmaqla çətin vəziyyətə düşəcək. Əlbəttə, belə davam edərsə, Azərbaycan öz ərazisi olan Laçın dəhlizi üzərində nəzarəti gücləndirəcək. Ermənistan xəstə təxəyyülü ilə heç nə qazanmır, əksinə, beynəlxalq hüquq normalarını pozmaqla itirə-itirə gedir. Bütün üçtərəfli razılaşmaları pozan Ermənistan özünü Qərb bazarında yenidən satışa çıxarıb. Ona görə də Ermənistanın şimal qonşumuz Rusiya tərəfindən alacağı zərbələrlə də yaxın zamanlarda tanış olarıq. Həmişə olduğu kimi Ermənistan yenə də beynəlxalq xarakterli enerji, nəqliyyat layihələrindən təcrid olunur. Yeni razılaşmada Azərbaycan qazandığı halda Ermənistanı yenə məğlubdur. İstənilən halda, Zəngəzur dəhlizi elə bizim istədiyimiz yerdə, ürəyimizcə olan şəkildə mütləq açılacaq".

Nəzrin Cavid

Tarix: 12 Mart 2022, 18:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin