BURADA REKLAMINIZ OLA
BİLƏR

“Anlaşma Memorandumu düşmənlərimizi "pat" vəziyyətinə salan növbəti uğurlu gedişimizdir” - RƏY

“Azərbaycanla İran arasında imzalanan Anlaşma Memorandumu regional əhəmiyyətli tarixi sənəddir. Azərbaycan 44 günlük Vətən müharibəsində təmin etdiyi böyük qələbəsi ilə regionda yeni reallıq yaradıb. Bu yeni reallıq region ölkələrinin baxışlarını dəyişib, gələcəyə daha inamla baxmaq üçün imkanlar formalaşdırıb. Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatlarda Zəngəzur dəhlizinin açılması və region ölkələrinin əməkdaşlığı üçün yeni format razılaşdırılıb”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat qeyd edib ki, Ermənistan yenə də öz düşmənçilik xislətindən əl çəkməyərək həmin bəyanatların icrasının həyata keçirilməsinə konstruktiv yanaşmır və zamanı uzatmaqla kommunikasiyaların açılmasını manipulyasiya edərək əlində hansısa təsir vasitəsinin qaldığını nümayiş etdirməyinə çalışır.

 

“Əslində imzalanmış üçtərəfli bəyanatlarda kommunikasiyaların açılması və Zəngəzur dəhlizi vasitəsilə manesiz keçidin təmin edilməsi ilə bağlı Ermənistanın rəsmi imza atdığı öhdəliyi mövcuddur. Bu dəhlizin açılması zamanın işidir və cənab Prezidentin qeyd etdiyi kimi əgər Ermənistan öz xoşu ilə Zəngəzur dəhlizinin açılmasında iştirak etməzsə, biz onu məcbur edəcəyik. Təbii ki, Zəngəzur dəhlizi hər şeydən əvvəl dalana salınmış Ermənistan üçün ümid yeridir. Çünki qonşu ölkələrə olan ərazi iddialarına görə Ermənistanın qonşu dövlətlərlə yolları bağlıdır. Amma Ermənistan yaranmış bu fürsəti lazımınca dəyərləndirə bilmədi.  Prezident İlham Əliyev uzaqgörən siyasətçi və regionda perspektivli layihələri reallaşdıran liderdir. Bu gün cənab Prezidentin təşəbbüsü və təşkilatçılığı ilə reallaşmış enerji nəqliyyat və tranzit nəqliyyat dəhlizləri qitələri birləşdirmiş və ölkələrarası münasibətlərin möhkəmlənməsinə və regional təhlükəsizliyin təmin olunmasına xidmət etməkdədir. Ermənistan var gücü ilə çalışırdı ki, Azərbaycan-İran münasibətlərində bir soyuqluq yaransın, amma 28 noyabr 2021-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad sammitində iştirakı zamanı Azərbaycan Prezidenti İlham Əliyev və İranın Prezidenti Seyid İbrahim Rəisi arasında çox səmimi ikitərfli görüş baş tutmuşdu. Prezidentlərin bu görüşü ilə İran-Azərbaycan münasibətlərində yeni səhifə açmış oldu. Yəni, prezidentlər söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulandı. Əslində, prezidentlərin Aşqabad görüşü İran-Azərbaycan əlaqələrinə aydınlıq gətirib və Ermənistanın arzularını puça çıxarıb. Qeyd etdiyim kimi, Prezident İlham Əliyev uzaqgörən siyasətçidir və beynəlxalq siyasətdə ölkəmizin milli maraqlarından çıxış edərək çox məharətli gedişlər edir. İran Azərbaycan arasında imzalanan Anlaşma Memorandumu da düşmənlərimizi “pat” vəziyyətinə salmış növbəti uğurlu gedişimizdir. Azərbaycan "3+3" formatının yaradılmasını dəstəkləyir. Amma İranla imzaladığımız bu memorandum Ermənistansız da regionda yeni əməkdaşlıq formatının, yəni "3+2" formatının yaranacağından xəbər verir. Bu memorandumun imzalaması və İran ərazisindən 55 km uzunluğunda yeni kommunikativ marşurutun yaradılması Ermənistanın regionda əhəmiyyətini tamamilə itirir. Vəziyyət onu göstərir ki, Ermənistanı dalana salmışıq və bundan sonra da dalanda qalacaq. Yəni, Ermənistanla münasibətdə şərtləri təqdim edən tərəf Azərbaycandır və bundan sonra da belə olacaq. İran ərazisindən yeni nəqliyyat marşrutunun istifadəyə verilməsi regionda yerləşən İslam dünyasını bir-birinə birləşdirir. Bu nəqliyyat dəhlizindən istifadə etməklə Naxçıvan blokadadan çıxacaq, İranın Avropaya və Rusiyaya quru yolla çıxış imkanları genişlənəcək, Türkiyə və Rusiyanın yük mübadilə imkanları artacaq. Beləliklə, İranla Azərbaycan arasında yaranacaq yeni marşrut Cənub-Şimal nəqliyyat dəhlizinin əhəmiyyətini daha da artırmaqla region ölkələrin əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcək. Bu layihənin reallaşması tarixi hadisə, yaranacaq yeni geosiyasi xəritə, Azərbaycan diplomatiyasının qələbəsidir və regionun iqtisadi inkişafında mühüm rol oynayacaq”, - A.Badamov qeyd edib.

 

Nəzrin Cavid

Tarix: 12 Mart 2022, 21:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin