“Rusiyanın Ukraynaya hücum planı, aqressiyası illər öncədən planlaşdırılmışdı, Kreml təbliğatçılarının “biz hər şey etdik ki, müharibə olmasın” tezisi yalandır. İndi hadisələrin xronologiyası daha əminliklə bu təcavüzün, azı son 3 ildə hazırlandığını, qərarın illər öncə verildiyini söyləməyə imkan verir. Sadəcə, Kreml son 3 ildə ona mane ola biləcək bəzi daxili və xarici əngəlləri aradan qaldırmaqla məşğul idi”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
N.Cəfərli qeyd edib ki, hazırlığın ilk böyük həmləsi Belarusda olub, 2020-ci ilin yazında Belarusla Rusiya arasında gərginləşən münasibətlər pik nöqtəsinə çatdı: “Yaz aylarında Lukaşenkonun bir neçə müsahibəsi oldu, əsas da Ukraynalı jurnalist, Rusiyanın ən zəhləsi gedən media adamlarından biri olan Qordona geniş müsahibə verdi, Putin və Rusiya haqqında xoşagəlməz ifadələr işlətdi, “Vaqner” əməliyyatı, Rusiyanın ölkənin daxili işlərinə burnunun soxması haqqında geniş danışdı. Bundan öncə isə Lukaşenko 2018-2019-cu illərdə daha yüksək səslə “çoxvektorlu xarici siyasət” barəsində danışırdı, 2019-cu ildə Bolton, 2020-ci ilin fevralın 1-də ABŞ Dövlət Katibi Pompeonun Minskə səfəri baş tutdu, bu səfər və “çoxvektorlu xarici siyasət” bəyanları Kremlı çox qəzəbləndirmişdi. Nəticədə Kreml Belarusda inqilabi şərait yaratdı, məhz Moskva Lukaşenkoya əsas qərib kimi 2000-ci ildən 2020-ci ilə qədər, tam 20 il “Qazprombankın” Belarus bölməsinin (BelQazPromBank – səhmlərin 49,8%-i “Qazproma”, 49,8%-i isə “Qazprombanka” məxsusdur) rəhbəri olmuş Babarikonu meydana çıxartdı. Moskvanın izni olmadan tualetə belə getməyən birisi Lukaşenkoya əsas rəqib, müxalifətin əsas pul dağarcığı oldu – bunun təsadüf olmasına inanan varsa, arxasını oxumasınlar. Sözün qısası, Rusiya Lukaşenkonu öz yaratdığı müxalifət, özünün təşkil etdiyi etirazlar (bir daha, təşkil etdiyi – etirazların iştirakçıları çoxu səmimi, dürüst insanlar idi, amma təşkilatçılıq Kremldən idi) nəticəsində Lukaşenkonu diz üstə qoydu, tam nəzarətə götürdü, özünün quberniyasına çevirdi. Və bu məsələdə Qərbin mövqeyi çox yanlış və zərərli oldu. Əgər hesablaya bilmədilərsə pis, qəsdən etdilərsə, Putinin əlinə oynadılarsa, çox pisdir (Bu məsələ gələcəkdə mütləq araşdırılmalıdır, Putinin cibində olan onlarla siyasətçi var Qərbdə, hələ də var, yəni). Əgər Lukaşenkonu Putin dizinin altına qoymasaydı, bu gün Ukrayna müharibəsi, bəlkə də, başlamazdı, başlasa belə, Rusiya qoşunlarının Kiyevə yaxınlaşması mümkünsüz olardı. O zaman sakit səslə, küyçülərdən kənar bu məsələnin heç də göründüyü kimi olmadığını söyləməyə çalışdıq, amma həmişəki kimi səsküylü, düşünmə qabiliyyəti olmayan azlığın təhqirləri ilə rastlaşdıq. İkinci hazırlıq addımı Navalnı ilə bağlı idi, onun 2020-ci ilin yanvarında, Rusiyada seçkilərə 9 ay qalmış Almaniyadan dönmə qərarı yanlış idi, Avropada kim onu aldadıb Moskvaya göndərdisə, tam Putinin planına uyğun davrandı. Navalnı həbs olundu, amma əsas bu da deyil, məsələni bəhanə edib Putin müharibəyə 1 il qalmış bütün medianı, sivil toplumu təmizlədi, hamını susdurdu, tutduğunu-tutdu, qalanı da ölkədən didərgin düşdü. Bu gün Navalnı hadisəsi, QHT və mediyanın qətl edilməsi olmasaydı, Rusiyada ayaqda qalan, fəaliyyəti olan institut və insanların sayı çox olsaydı, bəlkə də müharibə olmazdı, olsaydı da cəmiyyət belə rəzil və susqun durumda olmazdı (Bu məsələ də ciddi araşdırılmalıdır, görəsən, Qərbin hansı dairələri, kimlər Navalnıni bilərək oda atıb Rusiyada bütün müxalif düşüncənin öncədən məhv etməyə Putinə kömək etdilər). Hə, elə bu məsələ ilə bağlı da fərqli fikir söyləməyə çalışdıq, yenə elə həmin azsaylı, amma səskülyü qrup tərəfindən söyüldük. Üçüncü addım Qazaxıstan idi. İndi tam aydındır ki, Ukraynadan sonra sanksiyalardan vaz keçmək üçün Qazaxıstan Kremlə hava-su kimi lazım idi, çox güman, Nazarbayev özünü daha müstəqil aparmaq istəyirdi, ona görə əzdilər, Tokayevi gücləndirdilər. Və bu məsələdə də Qərbin davranışları ciddi izlənilməlidir, əgər Rusiyanın Qazaxıstan üzərindən “nəfəsliyinin” olduğunu görüb buna öz maraqlarına görə səssiz qalacaqlarsa, bu da ciddi araşdırılmalı mövzu olacaq. Qərbə Rusiyadan neft-qazdan çox əlvan və nadir metallar lazımdır, bu metallar olmadan yeni enerji keçidi mümkün deyil, bu metalları almaq istəyirlər, 3-cü ölkələr vasitəsi ilə alacaqlar da, bu da əsas Qazaxıstan olacaq”.
Leyla
11 Mart 01:32
11 Mart 00:39
10 Mart 22:18
10 Mart 21:23
10 Mart 19:24
10 Mart 19:22
10 Mart 19:20
10 Mart 19:00
10 Mart 18:52
10 Mart 18:48
10 Mart 18:45
10 Mart 18:39
10 Mart 18:36
10 Mart 18:04
10 Mart 17:59
10 Mart 17:47
10 Mart 17:31
10 Mart 16:59
10 Mart 16:57
10 Mart 16:55
10 Mart 16:50
10 Mart 16:43
10 Mart 16:32
10 Mart 16:26
10 Mart 16:23
10 Mart 16:06
10 Mart 16:01
10 Mart 15:57
10 Mart 15:56
10 Mart 15:09
10 Mart 14:45
10 Mart 14:38
10 Mart 14:27
10 Mart 14:21
10 Mart 14:10
10 Mart 14:05
10 Mart 13:49
10 Mart 13:09
10 Mart 13:06
10 Mart 12:51
10 Mart 12:48
10 Mart 12:43
10 Mart 12:38
10 Mart 12:33
10 Mart 12:32
10 Mart 12:31
10 Mart 12:28
10 Mart 12:27
10 Mart 12:24
10 Mart 12:05
10 Mart 12:04
10 Mart 12:02
10 Mart 11:52
10 Mart 11:45
10 Mart 11:43
10 Mart 11:42
10 Mart 11:39
10 Mart 11:17
10 Mart 11:15
10 Mart 10:52
10 Mart 10:37
10 Mart 10:34
10 Mart 10:30
10 Mart 10:27
10 Mart 10:09
10 Mart 09:28
10 Mart 09:24
10 Mart 09:22
10 Mart 09:16
10 Mart 09:04
10 Mart 08:40
10 Mart 08:36
10 Mart 08:32
10 Mart 08:29
10 Mart 08:28
10 Mart 08:21
10 Mart 08:17
10 Mart 08:12
10 Mart 08:09
10 Mart 08:08
10 Mart 08:01
10 Mart 07:53
10 Mart 07:51
10 Mart 01:11
10 Mart 00:03
9 Mart 23:57
9 Mart 22:30
9 Mart 21:40
9 Mart 21:38
9 Mart 21:36
9 Mart 21:35
9 Mart 20:19
9 Mart 20:18
9 Mart 20:15
9 Mart 20:12
9 Mart 20:11
9 Mart 20:07
9 Mart 19:31
9 Mart 17:04
9 Mart 17:02
9 Mart 16:39
9 Mart 16:19
9 Mart 15:46
9 Mart 15:45
9 Mart 15:34
9 Mart 15:10
9 Mart 14:54
9 Mart 14:52
9 Mart 13:09
9 Mart 12:52
9 Mart 12:35
9 Mart 12:31
9 Mart 11:23
9 Mart 11:19
9 Mart 11:17
9 Mart 10:42
9 Mart 10:04
9 Mart 10:02
9 Mart 03:50
9 Mart 01:41
9 Mart 01:16
9 Mart 01:14
8 Mart 23:56
8 Mart 23:53
8 Mart 23:51
8 Mart 23:27
8 Mart 23:25
8 Mart 23:11
8 Mart 23:09
8 Mart 21:08
8 Mart 20:34
8 Mart 20:32
8 Mart 19:36
8 Mart 19:20
8 Mart 18:41
8 Mart 18:39
8 Mart 17:25
8 Mart 17:22
8 Mart 17:21
8 Mart 17:19
8 Mart 16:46
8 Mart 15:33
8 Mart 15:23
8 Mart 14:35
8 Mart 13:51
8 Mart 12:55
8 Mart 12:35
8 Mart 11:31
8 Mart 11:16
8 Mart 11:15
Ən son xəbərləri səhifəmizdən də izləyin